Alimlər havada gizli təhlükəni aşkarladı: Ağciyərlərimizdə nələr qalır
Tədqiqatçılar bildirirlər ki, hər gün nəfəs aldığımız hava ilə bədənimizə kiçik plastik hissəciklər daxil olur və onlar həftələrlə ağciyərlərimizdə qala bilir.
Day.Az xəbər verir ki, bu hissəciklər təkcə tənəffüs yollarında yığılmır, həm də immun sistemimizi zəiflədərək iltihab və allergiya reaksiyalarını gücləndirə bilər.
Vyana Tibb Universitetinin alimlərinin siçanlar üzərində apardığı təcrübədə PET-mikroplastik hissəciklərinin bir nəfəsdən sonra ən azı 14 gün ağciyərlərdə qaldığı, limfosit və eozinofil kimi immun hüceyrələrin aktivləşdiyi aşkar olunub. Xüsusilə polenlə birləşdikdə bu iltihab daha da şiddətlənir.
Mütəxəssislər bu problemin xüsusilə böyük şəhərlərdə yaşayan insanlar üçün aktual olduğunu vurğulayır. Avropanın bəzi şəhərlərində havada PET hissəciklərinin konsentrasiyası 135-158 nanoqram/kub metr təşkil edir ki, bu da gündəlik 10-20 kub metr hava nəfəs alan bir insan üçün 1-3 mikroqram mikroplastik deməkdir. Alimlər qeyd edir ki, bu hissəciklər DNT-yə zərər verə, hüceyrələrin yaşlanmasına və hormon balansının pozulmasına səbəb ola bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре