Ən çox saxtalaşdırılan məhsullar AÇIQLANDI
Mütəxəssislərin məlumatına görə, saxta məhsullar ən çox istehlakçılar arasında yüksək tələbat olan kateqoriyalarda qeydə alınır. Bunlara avtomobil ehtiyat hissələri, geyimlər və idman ayaqqabıları daxildir.
Day.Az xəbər verir ki, saxtalaşdırılan məhsullar siyahısında həmçinin kosmetika, məişət təmizləyici vasitələr, spirtli içkilər, siqaretlər, eləcə də mobil telefon və noutbuk kimi elektron cihazlar da yer alır.
Bu məhsulların populyarlığı onları fırıldaqçılar üçün daha cəlbedici edir.
Omnichannel Pərakəndə Satış Assosiasiyası tərəfindən təqdim olunan məlumata görə, saxta məhsulların təxminən yarısı bazar və yarmarkalarda satılır. Təşkilatın direktoru Stanislav Boqdanov bildirib ki, satışların 30-40 faizi onlayn platformalar üzərindən həyata keçirilir, qalan hissəsi isə sosial şəbəkələr və kiçik mağazaların payına düşür.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре