Xaçmazda narkotik yetişdirərək satan şəxslər saxlanıldı - VİDEO
Xaçmazda narkotik yetişdirməkdə və satmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Day.Az-a daxil olan məlumata görə, polisin keçirdiyi tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 55 yaşlı Ənvər Ələskərov tutulub. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı xüsusi qulluq göstərilməklə yetişdirilmiş 50 ədəd çətənə kolu, eləcə də marixuana aşkar olunaraq götürülüb.
Keçirilən digər əməliyyat tədbiri zamanı isə əvvəllər məhkum olunmuş 33 yaşlı Elman Abdulov saxlanılıb. Onun üzərindən və ya istifadəsində olan ərazidən psixotrop maddə metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре