Yumurtaları asanlıqla soymaq üçün şefin məsləhətləri

Şef Nataliya Tarasova bildirir ki, təzə yumurtalar bişdikdən sonra soymaq çətin olur. Bunun qarşısını almaq üçün 3-5 gün soyuducuda saxlanmış yumurtalardan istifadə etmək, bişirmədən 20 dəqiqə əvvəl onları otaq temperaturuna gətirmək tövsiyə olunur.

Day.Az xəbər verir ki, yumurtaları qaynar, duz əlavə olunmuş suya qoyun və 10-12 dəqiqə bişirin.

Qaynar suya qoyulan yumurtalarda ağın qabığa yapışması azalır. Bişmiş yumurtaları dərhal soyuq suya 10 dəqiqə qoymaq onları asanlıqla soymağa imkan verir.

Şef həmçinin qeyd edir ki, tələsik olduqda da yumurtaları bişirdikdən sonra ən azı bir neçə dəqiqə soyuq suya qoymaq kifayətdir. Bu, səhər yeməyində əhval-ruhiyyəni pozmadan yumurtaları rahatca təmizləməyə kömək edir.