Bu ölkədə 7,5 bal gücündə zəlzələ BAŞ VERİB - Ölənlərin sayı ARTMAQDADIR - YENİLƏNİB - VİDEO
Venesuelanın şimalında zəlzələ nəticəsində ölənlərin sayı 164-ə, yaralıların sayı isə 971-ə çatıb.
Day.Az xəbər verir ki, bu barədə ölkənin səlahiyyətli prezidenti Delsi Rodriges bildirib.
XXX
11:23
Venesuela ərazisində 7,5 bal gücündə zəlzələ baş verib.
Day.Az xəbər verir ki, məlumata görə, ABŞ Geoloji Xidmətinin (USGS) ilkin qiymətləndirmələrində təbii fəlakətin ağır nəticələrə səbəb ola biləcəyi vurğulanıb. Qurumun hesablamalarına əsasən, ölənlərin sayının 100 min nəfəri ötməsi ehtimalı da istisna edilmir.
İlkin iqtisadi təhlillərdə zəlzələnin ölkə iqtisadiyyatına ÜDM-in 2-20 faizi həcmində zərər vuracağı proqnozlaşdırılsa da, sonrakı hesablamalarda bu göstərici 1-5 faiz aralığına endirilib. Hadisədən sonra rabitə və internet xidmətlərində də ciddi fasilələrin yarandığı bildirilir.
Beynəlxalq ictimaiyyət fəlakətdən zərər çəkən Venesuelaya dəstək verməyə başlayıb. Salvador Prezidenti Nayib Bukele ölkəyə 300 nəfərdən ibarət xilasedici və tibb heyətinin göndəriləcəyini açıqlayıb. Bununla yanaşı, 50 ton tibbi avadanlıq və humanitar yükün də yola salınacağı qeyd olunub.
ABŞ rəsmiləri də hadisədən sonra Venesuela ilə əlaqə saxladıqlarını və yardım mexanizmlərinin nəzərdən keçirildiyini bəyan ediblər. Braziliya hökuməti də zəlzələnin nəticələrinin aradan qaldırılması üçün dəstək göstərməyə hazır olduğunu bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре