https://news.day.az/azerinews/1844327.html Venesuelada baş verən zəlzələnin qurbanlarının sayı artır Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 589-a çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü prezident vəzifəsini icra edən Delsi Rodrigez bildirib. Onun sözlərinə görə, 2980 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri davam etdiyindən, ölənlərin sayının xeyli artacağı istisna edilmir.

Venesuelada baş verən zəlzələnin qurbanlarının sayı artır

Azərbaycanca, 26 июня 2026 18:36 (UTC +04:00) 319
Venesuelada baş verən zəlzələnin qurbanlarının sayı artır

Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 589-a çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü prezident vəzifəsini icra edən Delsi Rodrigez bildirib. Onun sözlərinə görə, 2980 nəfər yaralanıb.

Axtarış-xilasetmə işləri davam etdiyindən, ölənlərin sayının xeyli artacağı istisna edilmir.

Rodrigez Venesuelanın dövlət televiziyası VTV-yə verdiyi açıqlamada beynəlxalq yardım və təcili yardım qruplarının gəlişini alqışlayıb.

VTV, həmçinin axtarış-xilasetmə qruplarının səylərini zəlzələdən ən çox təsirlənən La Quayra əyalətinə yönəltdiyini bildirib. Hökumət Karakasda ehtiyacı olanlar üçün ərzaq, su və dərman ehtiyatı mərkəzi yaratdığını açıqlayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости