https://news.day.az/azerinews/1844387.html Venesuelada baş verən zəlzələdən sonra ölənlərin sayı ARTMAQDADIR Venesuelada baş verən güclü zəlzələlər ciddi insan tələfatına səbəb olub. Bildirilir ki, ölkədə ölənlərin sayı artıq 920 nəfərə yüksəlib. Day.Az xəbər verir ki, nəlumatı Milli Assambleyanın sədri Xorxe Rodriges açıqlayıb.

Venesuelada baş verən zəlzələdən sonra ölənlərin sayı ARTMAQDADIR

Azərbaycanca, 27 июня 2026 09:35 (UTC +04:00) 316
Venesuelada baş verən zəlzələdən sonra ölənlərin sayı

Venesuelada baş verən güclü zəlzələlər ciddi insan tələfatına səbəb olub. Bildirilir ki, ölkədə ölənlərin sayı artıq 920 nəfərə yüksəlib.

Day.Az xəbər verir ki, nəlumatı Milli Assambleyanın sədri Xorxe Rodriges açıqlayıb.

Onun sözlərinə görə, hadisələr nəticəsində ən azı 3360 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 172 nəfərin isə dağılan binaların altında qaldığı ehtimal edilir.

Zəlzələlər həmçinin genişmiqyaslı dağıntılar törədib: 383 yaşayış binası, 13 xəstəxana, 25 ticarət mərkəzi və 1000-dən çox digər tikili zədələnib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости