Çiyələk infarkt riskini azaltmağa kömək edə bilər

"Health" nəşrinin məlumatına görə, çiyələyin tərkibində olan antioksidantlar, xüsusilə antosianlar ürək sağlamlığını dəstəkləyərək infarkt riskinin azalmasına kömək edə bilər.

Day.Az xəbər verir ki, bu maddələrin xərçəng hüceyrələrinin yaranma ehtimalını azaltmaqda da rolu olduğu bildirilir.

Mütəxəssislər qeyd edirlər ki, çiyələk immun sistemini gücləndirən faydalı qida məhsullarından biridir. Onun müntəzəm və balanslı qidalanma çərçivəsində istehlakı sağlamlığa müsbət təsir göstərə bilər.

Çiyələyin uzun müddət təzə qalması üçün onu hava keçirməyən qabda saxlamaq və yalnız istifadə etməzdən əvvəl yumaq tövsiyə olunur. Əks halda, artıq nəmlik giləmeyvədə kif əmələ gəlməsinə səbəb ola bilər.