Trend BİA Dövlət Komitəsi tərəfindən təltif edilib
Xəbər verdiyimiz kimi, Qusar şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfrans keçirilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, konfransın sonunda media qurumlarının mükafatlandırma mərasimi keçirilib.
Təltif olunan media qurumları arasında Trend Beynəlxalq İnformasiya Agentliyi də yer alıb.
Belə ki, Trend Beynəlxalq İnformasiya Agentliyi "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfransın yüksək peşəkarlıqla işıqlandırılmasına və səmərəli əməkdaşlığa görə təltif olunub.
Mükafatı Agentliyin adından Trend BİA-nın direktor müavini Sahil Kərimli alıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре