Azərbaycan Cənubi Qafqazda ən sürətli internetə malikdir

"Speed test Global Index" dünyada və Cənubi Qafqaz ölkələrində internetin sürətinə görə araşdırma aparıb.

AZƏRTAC xəbər verir ki, iyun ayında Azərbaycan internetin sürətinə görə Cənubi Qafqazda 1-ci, dünya üzrə 98 ölkə arasında isə 46-cı sırada qərarlaşıb. Azərbaycanda mobil internetin orta sürəti 98,61 Mbps təşkil edib. Gürcüstan 17-ci, Ermənistan isə 61-ci yerdə qərarlaşıb. Ən sürətli mobil internet Birləşmiş Ərəb Əmirliklərində (672,87 Mbps) qeydə alınıb.

Sabit internet reytinqində isə Azərbaycan 149 ölkə arasında (92,18 Mbps) 84-cü, Ermənistan 85-ci (91,69 Mbps), Gürcüstan 107-ci (50,83 Mbps) yerdə qərarlaşıb. Ən sürətli sabit internet Sinqapurda (447,75 Mbps) olub.