https://news.day.az/azerinews/1848998.html
İranın Atom Enerjisi Təşkilatı “Darxovin” AES-ə hücumu qınayıb
İranın Atom Enerjisi Təşkilatı ABŞ-nin İranın tikilməkdə olan "Darxovin" Atom Elektrik Stansiyasına hücumunu qınayıb. Bu, İranın Atom Enerjisi Təşkilatının yayımladığı bəyanatda öz əksini tapıb.
İranın Atom Enerjisi Təşkilatı “Darxovin” AES-ə hücumu qınayıb
İranın Atom Enerjisi Təşkilatı ABŞ-nin İranın tikilməkdə olan "Darxovin" Atom Elektrik Stansiyasına hücumunu qınayıb.
Bu, İranın Atom Enerjisi Təşkilatının yayımladığı bəyanatda öz əksini tapıb.
"Ötən gecə yerli vaxtla 03:39 radələrində beynəlxalq qanunlara zidd olaraq ABŞ tikilməkdə olan "Darxovin" Atom Elektrik Stansiyasının bir obyektinə bir neçə raket atıb. Bu hücum İranın inkişafının qarşısını almaq məqsədilə həyata keçirilib. Bu hücum beynəlxalq qanunların və İranın suverenliyinin açıq-aşkar şəkildə pozulmasıdır. Eyni zamanda İranın mütəxəssisləri və alimlərinin nailiyyətlərinə birbaşa hücumdur", - deyə bəyanatda qeyd olunub.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре