https://news.day.az/azerinews/1850827.html Bakıda güclü külək əsəcək İyulun 30-31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda güclü külək əsəcək

Azərbaycanca, 29 июля 2026 13:06 (UTC +04:00) 110
Bakıda güclü külək əsəcək

İyulun 30-31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Qobustan, Hacıqabul, Şirvan, Salyan, Neftçala, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Beyləqan, Füzuli, Cəbrayıl, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, Mingəçevir, Yevlax, Goranboy, Daşkəsən, Naftalan, Gəncə, Göygöl, Bərdə, Tərtər, Tovuz, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Samux, Şəkidə isə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Naxçıvan MR-də narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости