https://news.day.az/azerinews/1851872.html Lənkəranda açıq ərazi yanır - VİDEO Lənkəranın Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat dərc edilib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Lənkəranda açıq ərazi yanır - VİDEO

Azərbaycanca, 3 августа 2026 18:20 (UTC +04:00) 170
Lənkəranda açıq ərazi yanır

Lənkəranın Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Lənkəran şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Cənub Regional Mərkəzinin qüvvələri cəlb olunub.

"Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости