https://news.day.az/azerinews/1852708.html
Bakıda parkdan oğurluq edən şəxs saxlanılıb
Binəqədi rayonunda parkdakı fəvvarənin metal konstruksiyalarını oğurlayan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Binəqədi rayonu ərazisində yerləşən parkların birində quraşdırılan fəvvarənin ümumi dəyəri 4200 manat olan metal konstruksiyaları oğurlanıb.
Bakıda parkdan oğurluq edən şəxs saxlanılıb
Binəqədi rayonunda parkdakı fəvvarənin metal konstruksiyalarını oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonu ərazisində yerləşən parkların birində quraşdırılan fəvvarənin ümumi dəyəri 4200 manat olan metal konstruksiyaları oğurlanıb.
"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı A.Əbdülrəhmanov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре