https://news.day.az/azerinews/1853742.html
İtaliyada 8 milyon avrodan çox qiyməti olan yaxta batıb
Sardiniyanın şimalında, Porto-Çervo sahillərində mühərrikində yaranan nasazlıq səbəbindən dəyəri 8 milyon avrodan çox olan 30 metrlik "Angiola II" yaxtası batıb. Bu barədə "Il Messaggero" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, gəmi cəmi dörd gün əvvəl italiyalı iş adamına təhvil verilib.
İtaliyada 8 milyon avrodan çox qiyməti olan yaxta batıb
Sardiniyanın şimalında, Porto-Çervo sahillərində mühərrikində yaranan nasazlıq səbəbindən dəyəri 8 milyon avrodan çox olan 30 metrlik "Angiola II" yaxtası batıb.
Bu barədə "Il Messaggero" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, gəmi cəmi dörd gün əvvəl italiyalı iş adamına təhvil verilib. Mühərrikin sıradan çıxması gəmidə yanğına səbəb olub. Hadisə zamanı yaxtada 14 nəfər olub.
Ölən və xəsarət alan olmayıb.
Gəmi hazırda Kosta-Smeralda sahilləri yaxınlığında 7 metr dərinlikdə batıb və nəzarət altında saxlanılır. Yanacaq sızması qeydə alınmayıb.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре