https://news.day.az/azerinews/1854919.html İçməli su xəttində baş vermiş qəza aradan qaldırıldı Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi 29-cu binanın yaxınlığında içməli su xəttində baş vermis qəza 25 dəqiqə ərzində aradan qaldırılıb. Bu barədə Day.Az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.

İçməli su xəttində baş vermiş qəza aradan qaldırıldı

Azərbaycanca, 19 августа 2026 17:37 (UTC +04:00) 117
İçməli su xəttində baş vermiş qəza aradan qaldırıldı

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi 29-cu binanın yaxınlığında içməli su xəttində baş vermis qəza 25 dəqiqə ərzində aradan qaldırılıb.

Bu barədə Day.Az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.

Qeyd edilib ki, adıçəkilən ünvandakı binanın yaxınlığında bu gün saat 08.45-də, diametri 110 mm olan içməli su xəttində qəza baş verməsi haqqında rayon sukanal idarəsinə məlumat daxil olub.

QSC-nin Suraxanı rayon Sukanal İdarəsinin qəza bərpa briqadası operativ olaraq həmin ünvanda 08.55-də işə başlayıb, saat 09.10-da axıntının qarşısı alınıb.

Bildirilib ki, saat 11.45-də su xəttində qəza tam aradan qaldırılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости