Melburn Universitetində təhsil alan ilk azərbaycanlı rejissor-prodüser qovulmaq təhlükəsi ilə üz-üzədir
Melburn Universitetində təhsil alan ilk azərbaycanlı rejissor-prodüser Afaq Yusifli qovulmaq təhlükəsi ilə üz-üzədir.
Day.Az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.
Afaq Yusiflinin sözlərinə görə, 2-ci semestr üçün nəzərdə tutulan 25 500 AZN məbləğində vəsait Azərbaycan Kinematoqrafçılar İttifaqının hesabında dondurulub.
Ödənişin yubanmasına səbəb 2026-cı ilin mart ayında İttifaqın sədri Rasim Balayevin vəfatından sonra imza səlahiyyəti olan şəxsin olmaması və qurumda yeni seçki prosesinin uzanmasıdır.
Məsələ ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqından Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ittifaqda hal-hazırda sədr yoxdur.
"Sədr olmadan pul köçürmələrinin həyata keçirilməsi mümkün deyil",- deyə əlavə edilib.
Azərbaycan Mədəniyyət Nazirliyindən isə Trend-ə bildirilib ki, nazirlik tərəfindən universitet üçün ödəniş edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре