https://news.day.az/azerinews/1859959.html Günəş panelinin bilinməyən faydaları - Ekspert AÇIQLADI Günəş enerjisi bu gün dünyanın bir çox ölkəsində geniş istifadə olunan alternativ enerji mənbələrindən biridir. Günəş panelləri günəş işığını elektrik enerjisinə çevirərək həm enerji xərclərini azaltmağa, həm də ətraf mühitin qorunmasına imkan yaradır.

Günəş panelinin bilinməyən faydaları - Ekspert AÇIQLADI

Azərbaycanca, 14 сентября 2026 16:35 (UTC +04:00) 216
Günəş panelinin bilinməyən faydaları

Günəş enerjisi bu gün dünyanın bir çox ölkəsində geniş istifadə olunan alternativ enerji mənbələrindən biridir. Günəş panelləri günəş işığını elektrik enerjisinə çevirərək həm enerji xərclərini azaltmağa, həm də ətraf mühitin qorunmasına imkan yaradır. Bu panellər günəş şüalarından istifadə edərək elektrik enerjisi istehsal edir və müxtəlif məişət cihazlarının işlədilməsində istifadə oluna bilər.

Günəş panelləri həm fərdi evlərdə, həm də böyük müəssisələrdə enerji tələbatının qarşılanmasına kömək edir. Bundan əlavə, günəş enerjisi təmiz və bərpa olunan enerji mənbəyi olduğu üçün gələcəyin enerji sistemlərində mühüm rol oynayır. Bəs ölkəmizdə günəş panelindən istifadə nə qədər yayılıb? 

Day.Az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib ki, dünya günəş panellərindən artıq onilliklərdir istifadə edir.

O, bildirib ki, xüsusilə 1990-cı illərdən etibarən bu sistemlər geniş yayılmağa başlayıb.

"Günəş enerjisi həm ekoloji baxımdan faydalı, həm də uzunmüddətli perspektivdə səmərəli enerji mənbəyidir.

Təəssüf ki, bu sistemlər hələ də ölkəmizdə kifayət qədər geniş yayılmayıb. Halbuki insanlar ən azı televizor, soyuducu və digər əsas məişət cihazlarını günəş enerjisi ilə işlədə bilərlər.

Avropada və Türkiyədə evlərin damlarında günəş panellərinə tez-tez rast gəlirik. Azərbaycanda da bu sistemlərin tətbiqinin təşviq edilməsi və vətəndaşlar üçün daha əlçatan hala gətirilməsi çox yaxşı addım olardı", - o deyib.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости