https://news.day.az/azerinews/1861497.html Yeni mənzil qaydası - Mənzil bazarı necə dəyişəcək? - VİDEO Gələn il yanvarın 1-dən yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq. Yeni sistem binanın enerji sərfiyyatını və mümkün itkilərini müəyyənləşdirməyə imkan verəcək.

Yeni mənzil qaydası - Mənzil bazarı necə dəyişəcək? - VİDEO

Azərbaycanca, 21 сентября 2026 14:43 (UTC +04:00) 209
Yeni mənzil qaydası

Gələn il yanvarın 1-dən yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq. Yeni sistem binanın enerji sərfiyyatını və mümkün itkilərini müəyyənləşdirməyə imkan verəcək. Ekspertlər bildirirlər ki, bu sənəd mənzil alarkən və ya kirayə götürərkən vətəndaşa binanın enerji səmərəliliyi barədə daha ətraflı məlumat verəcək.

Day.Az xəbər verir ki, əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, əsas məqsədlərdən biri çoxmənzilli binalarda fərdi istilik sistemlərindən, o cümlədən kombilərdən imtina edərək mərkəzləşdirilmiş istilik sisteminə keçidi təmin etməkdir. Onun fikrincə, bu, xüsusilə qış aylarında qaz və elektrik xərclərinin azalmasına səbəb ola bilər. Tələbin çıxarışlı mənzillərə şamil ediləcəyi, fərdi yaşayış evlərinin isə bu tələbdən azad olacağı bildirilir.

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, enerji effektivliyi yüksək olan binalara tələbat artdıqca onların bazar qiymətləri də yüksələ bilər. Bununla yanaşı, daha sərt enerji standartları tikinti şirkətlərinin xərclərini artıra və yeni mənzillərin ilkin qiymətinə təsir göstərə bilər. Mütəxəssislər qeyd edirlər ki, gələcəkdə enerji tələblərinə zidd olaraq fərdi kombi quraşdırılması inzibati tədbirlərə və kommunal xidmətlərin dayandırılmasına səbəb ola bilər.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости