https://news.day.az/azerinews/1865610.html Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb - XİN Cəbrayıl rayonunda ata və oğlu mina partlayışı nəticəsində ağır xəsarət alıb. Bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib. Bildirilib ki, bununla da 2020-ci il müharibəsinin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb.

Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb - XİN

Azərbaycanca, 8 октября 2026 22:53 (UTC +04:00) 273
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatıb

Cəbrayıl rayonunda ata və oğlu mina partlayışı nəticəsində ağır xəsarət alıb.

Bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib.

Bildirilib ki, bununla da 2020-ci il müharibəsinin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb.

"Bu dəhşətli hadisə minaların yaratdığı ölümcül və ayrı-seçici təhlükəni bir daha nümayiş etdirir. Minalar hələ də günahsız insanların həyatına son qoyur və ağır xəsarətlərə səbəb olur. Azərbaycan mina təhlükəsinin davam etməsini qətiyyətlə pisləyir və ölkədə mina ilə mübarizə tədbirlərinə daha çox beynəlxalq diqqət ayrılmasına çağırır", - deyə qeyd olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости