Qış geyimləri allergiya və ağciyər xəstəliklərinə səbəb ola bilər
Təbii xəz, dəri və tükdən hazırlanan qış geyimləri bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər.
Day.Az xəbər verir ki, rusiyalı allerqoloq Vladimir Bolibokun sözlərinə görə, bu məhsulların istehsalı zamanı istifadə edilən kimyəvi maddələrin qalıqları, xüsusilə xrom və kobalt, dəri ilə təmasda allergiya yarada bilər.
Mütəxəssis bildirir ki, yun zülalları və heyvan mənşəli materiallar da allergiyaya meyilli insanlarda dəri və tənəffüs yolları problemlərinə səbəb ola bilər. Xüsusilə tük doldurucularında olan quş lələkləri, gənələr və kif hissəcikləri tənəffüs zamanı orqanizmə daxil olaraq hipersensitiv pnevmonitə - ağciyərlərin immun mənşəli iltihabına yol aça bilər.
Allerqoloqun xəbərdarlığına görə, xəstəlik müalicə edilmədikdə ağciyər toxumasında çapıqlaşma və tənəffüs funksiyasının davamlı pozulması ilə nəticələnə bilər. Əsas əlamətlər nəfəs darlığı, öskürək, yüngül qızdırma və ümumi halsızlıqdır. Buna görə də qış geyimləri seçərkən onların materialına və təmizliyinə diqqət yetirmək vacibdir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре