https://news.day.az/azerinews/1872669.html Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - VİDEO Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin mühafizə zonasına yaxın tikililər sökülür. Ərazidə bəzi obyektlər sökülüb, digərləri də sökülmək üzrədir. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, obyektləri sökülən sahibkarlar iddia edirlər ki, onlara kompensasiya ödənilmir.

Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - VİDEO

Azərbaycanca, 6 ноября 2026 22:53 (UTC +04:00) 143
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər

Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin mühafizə zonasına yaxın tikililər sökülür. Ərazidə bəzi obyektlər sökülüb, digərləri də sökülmək üzrədir.

Day.Az Xəzər TV-yə istinadən bildirir ki, obyektləri sökülən sahibkarlar iddia edirlər ki, onlara kompensasiya ödənilmir.

Sahibkarların sözlərinə görə, onlar vergiləri, rüsumları vaxtlı-vaxtında ödəyiblər, amma obyektləri üçün kompensasiya verilmir.

Onlar həmin ərazidəki sənədsiz evlərə görə kompensasiya ödənildiyini, lakin obyektlərin sahiblərinə pul verilmədiyini söyləyirlər.

Məsələ ilə bağlı əvvəlcə Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Lakin qurumdan məsələnin onların səlahiyyətində olmadığı bildirildi.

"Azərbaycan Dəmir Yolları" QSC-dən isə qeyd olundu ki, işlər "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Nazirlər Kabinetinin qərarına əsasən aparılır.

Nazirlər Kabinetindən isə məsələnin müzakirə mərhələsində olduğu, əlavə məlumatın veriləcəyi bildirildi.

Daha ətraflı videomaterialı təqdim edirik.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости