https://news.day.az/azerinews/1872771.html "Zəfər Günü" Azərbaycanda intensiv yağış yağacaq Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

"Zəfər Günü" Azərbaycanda intensiv yağış yağacaq

Azərbaycanca, 7 ноября 2026 12:47 (UTC +04:00) 163
"Zəfər Günü" Azərbaycanda intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir.

Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 14-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости