https://news.day.az/azerinews/1872785.html Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək "Bakı Metropliteni" QSC-də 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində iş rejimi dəyişdiriləcək. Day.Az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

Azərbaycanca, 7 ноября 2026 13:25 (UTC +04:00) 158
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

"Bakı Metropliteni" QSC-də 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində iş rejimi dəyişdiriləcək.

Day.Az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək; "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət gücləndiriləcək; "İçərişəhər-Həzi Aslanov" və əksinə istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə - 3 dəqiqə aralığında olacaq; ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

"Bənövşəyi" xətdə hərəkət bazar günü qrafikinə uyğun təşkil ediləcək, "Yaşıl" xətdə isə mövcud qrafik saxlanılacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости