Avtomobildə siqaret çəkməyin CƏRİMƏSİ VARMI?
Azərbaycan qanunvericiliyinə əsasən, şəxsi minik avtomobillərində sükan arxasında siqaret çəkməyə görə birbaşa hər hansı cərimə və ya qadağa nəzərdə tutulmayıb. Yəni sırf öz şəxsi maşınınızda hərəkət edərkən siqaret çəkdiyiniz üçün yol polisi sizə protokol tərtib edə bilməz. Lakin bu qayda ictimai nəqliyyat və sərnişindaşıma fəaliyyətinə aid edilmir. Belə ki, avtobuslarda, ümumi istifadədə olan nəqliyyat vasitələrində və taksilərdə sükan arxasında (və ya ümumiyyətlə salonda) siqaret çəkmək qəti qadağandır.
Əgər qayda pozuntusu taksi və ya avtobusda baş verərsə, bu hal Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 322.0.4 maddəsi (ictimai nəqliyyatda və taksilərdə tütün çəkilməsi) ilə tənzimlənir. Bu qanun pozuntusuna görə 40 manatdan 50 manatadək məbləğdə cərimə tətbiq olunur. Bununla yanaşı, sürücünün şəxsi və ya ictimai nəqliyyat idarə etməsindən asılı olmayaraq, çəkilmiş siqaret kötüyünü avtomobilin pəncərəsindən çölə (yola) atması İXM-in 212.4-cü maddəsinə əsasən 300 manat məbləğində ayrıca cəriməyə səbəb olur.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре