https://news.day.az/azerinews/1873853.html Mixol Martin Azərbaycanın Avropa üçün önəmini vurğulayıb Azərbaycanın "Avropa Siyasi Birliyi"ndə (ASB) iştirakı Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, eləcə də qitə qarşısında duran daha geniş spektrli iqtisadi problemlərin və təhlükəsizlik məsələlərinin həlli üçün imkanlar açır.

Mixol Martin Azərbaycanın Avropa üçün önəmini vurğulayıb

Azərbaycanca, 12 ноября 2026 13:22 (UTC +04:00) 208
Mixol Martin Azərbaycanın Avropa üçün önəmini vurğulayıb

Azərbaycanın "Avropa Siyasi Birliyi"ndə (ASB) iştirakı Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, eləcə də qitə qarşısında duran daha geniş spektrli iqtisadi problemlərin və təhlükəsizlik məsələlərinin həlli üçün imkanlar açır.

Bunu İrlandiyanın Baş naziri Mixol Martin Dublində keçirilən "Avropa Siyasi Birliyi" sammiti çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu forum Avropa ölkələrini və Avropa İttifaqından kənarda olan tərəfdaşları birləşdirir və onlara əsas regional və beynəlxalq problemlərin həllinə dair ortaq yanaşmalar hazırlamağa imkan verir.

Martin Azərbaycanın ASB çərçivəsində iştirakını əməkdaşlığın, xüsusilə enerji təchizatı və bütövlükdə Avropa qitəsinin təhlükəsizliyinin təmin olunması məsələlərində necə konkret nəticələr verə biləcəyinin nümunəsi kimi qeyd edib.

"Azərbaycanın "Avropa Siyasi Birliyi"ndəki iştirakına nəzər salsaq, bu, həm qitənin iqtisadi təhlükəsizliyi, həm də hibrid hücumlar kontekstində təhlükəsizlik baxımından tədarük və digər sahələrdə əhəmiyyətli nəticələrə gətirib çıxarıb", - deyə o bildirib.

Baş nazir vurğulayıb ki, enerji sahəsində qarşılıqlı əlaqəlilik, texnoloji əməkdaşlıq və insanlar arasında təmaslar Avropa ölkələri və onların tərəfdaşları arasında daha sıx koordinasiya tələb edən əsas istiqamətlər sırasındadır.

O, həmçinin əlçatan enerji resursları təchizatının təmin edilməsi, kritik infrastrukturun qorunması və kritik əhəmiyyətli xammal növlərinə, eləcə də nadir torpaq minerallarına çıxışın təmin olunması üçün əməkdaşlığın vacibliyinə diqqət çəkib.

Martinin sözlərinə görə, ASB çərçivəsində qeyri-rəsmi müzakirələr həm də əsas siyasi məsələlər və təhlükəsizlik məsələləri üzrə irəliləyişə töhfə verə bilər.

O qeyd edib ki, forumun genişləndirilmiş formatı iştirakçı ölkələrə ümumi çağırışları müzakirə etməyə və Aİ səviyyəsindəki ənənəvi görüşlərin gündəliyindən kənarda birgə həll yolları işləyib hazırlamağa imkan verir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости