Restoranlarda kiçik şirniyyat bəxşişin məbləğini artırır
Araşdırmalar göstərib ki, restoranlarda hesabla birlikdə təqdim edilən kiçik konfet və ya şokolad müştərilərin daha çox bəxşiş qoymasına səbəb ola bilər.
Day.Az xəbər verir ki, alimlərin fikrincə, bu təsir qarşılıqlılıq prinsipi ilə bağlıdır: insan ona göstərilən xoş münasibətə eyni şəkildə cavab vermək istəyir.
Tədqiqatlar həmçinin hədiyyənin təqdim edilmə vaxtının da əhəmiyyətli olduğunu ortaya qoyub. Xüsusilə hesablaşma zamanı verilən kiçik hədiyyələrin bəxşiş məbləğini artırmaq təsiri daha güclü ola bilər. Bir araşdırmada bu üsulun bəxşişi orta hesabla 24 faiz artırdığı müəyyən edilib.
Mütəxəssislər bildirirlər ki, bəxşişin məbləği hədiyyəyə deyil, xidmətin keyfiyyətinə əsaslanmalıdır. Müştərilər ödəniş terminallarının təklif etdiyi əvvəlcədən müəyyən edilmiş faizləri avtomatik seçməməli, bəxşiş məbləğini özləri müəyyən etməlidirlər. Kartla ödənilən bəxşişin birbaşa ofisianta çatmaya biləcəyini nəzərə alaraq, nağd ödəniş də tövsiyə olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре