https://news.day.az/azerinews/1874289.html Bakıda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb - YENİLƏNİB 01:45 Bakının Nərimanov rayonunda kafelərdən birində baş verən insidentlə əlaqədar daha 3 nəfər saxlanılıb. Trend xəbər verir ki, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bakıda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb - YENİLƏNİB

Azərbaycanca, 14 ноября 2026 01:45 (UTC +04:00) 165
Bakıda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb

01:45

Bakının Nərimanov rayonunda kafelərdən birində baş verən insidentlə əlaqədar daha 3 nəfər saxlanılıb.

Trend xəbər verir ki, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Belə ki, cinayət əməlini törətməkdə şübhəli bilinən daha 3 nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

xxx

16:47

Paytaxtın Nərimanov rayonunda kafelərdən birində insident baş verib.

Trend-in məlumatına görə, hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər üç nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.

DİN-in Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости