Ağciyər xərçənginin müalicəsində mühüm yenilik: Xəstələrin ömrü uzana bilər
ABŞ-də aparılan araşdırma göstərib ki, yayılmış irihüceyrəli ağciyər xərçəngi olan xəstələr müalicəyə başlamazdan əvvəl kompleks genom testindən keçdikdə daha uzun yaşaya bilərlər.
Day.Az xəbər verir ki, tədqiqat çərçivəsində 35 mindən çox xəstənin tibbi məlumatları təhlil edilib.
Nəticələrə əsasən, müalicədən əvvəl genetik testdən keçən xəstələrin orta sağqalma müddəti təxminən iki ay daha uzun olub. Alimlər bunu şişdəki genetik dəyişikliklərin müəyyənləşdirilməsi və uyğun hədəfli müalicənin seçilməsi ilə əlaqələndirirlər.
Mütəxəssislər EGFR, ALK, ROS1, KRAS G12C və digər biomarkerlərin yoxlanılmasının müalicə seçimində mühüm rol oynadığını bildirirlər. Tədqiqat müəlliflərinin fikrincə, kompleks genom testi yayılmış ağciyər xərçənginin müalicəsində standart müayinələrdən birinə çevrilməlidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре