Hörmüzdə daha 2 gəmi minaya düşüb
Bir neçə saat öncə Hörmüz boğazının cənub hissəsində bir ədəd böyük neft tankeri və bir ədəd maye qaz (LPG) daşıyan gəmi dəniz minasına düşüb.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"Böyük neft tankerində 2 milyon bareldən çox xam neft olub. Bu gəmilər ABŞ ordusunun hava dəstəyi ilə Hörmüz boğazından keçməyə cəhd ediblər. Gəmilərin dəniz minasına düşməsi nəticəsində güclü yanğın baş verib", -deyə məlumatda qeyd olunur.
SEPAH bildirir ki, gəmiçilik şirkətlərinin ABŞ-yə etimadı bu günlərdə Hörmüz boğazında yanğınlara səbəb olur. Hörmüz boğazının cənubunda qeyri-qanuni marşrutda gəmilər mina təhlükəsi ilə üz-üzədir.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре