https://news.day.az/azerinews/1875284.html Bankda pulu olanların DİQQƏTİNƏ - Yeni ildən qaydalar dəyişir - VİDEO Bank əmanətlərindən əldə olunan faiz gəlirlərinə tətbiq edilən vergi güzəşti bu ilin sonunda başa çatır. Day.Az xəbər verir ki, 2027-ci il yanvarın 1-dən etibarən 18 ay və daha uzun müddətə yerləşdirilən depozitlər üzrə də yeni vergi qaydaları tətbiq olunacaq.

Bankda pulu olanların DİQQƏTİNƏ - Yeni ildən qaydalar dəyişir - VİDEO

Azərbaycanca, 18 ноября 2026 16:13 (UTC +04:00) 472
Bankda pulu olanların

Bank əmanətlərindən əldə olunan faiz gəlirlərinə tətbiq edilən vergi güzəşti bu ilin sonunda başa çatır.

Day.Az xəbər verir ki, 2027-ci il yanvarın 1-dən etibarən 18 ay və daha uzun müddətə yerləşdirilən depozitlər üzrə də yeni vergi qaydaları tətbiq olunacaq.

Beləliklə, aylıq 200 manatlıq güzəşt çıxıldıqdan sonra qalan faiz gəlirinin 10 faizi vergi tutulacaq.

Ekspertlərin sözlərinə görə, yeni qayda əmanətçilərin xalis gəlirlərinin azalmasına səbəb ola bilər. Vətəndaşlar vergi güzəştindən yararlanmaq üçün əmanətlərini müxtəlif banklar arasında bölüşdürə bilərlər. Bununla belə, bankların təklif etdiyi faiz dərəcələrini və vergi tutulduqdan sonra əldə ediləcək gəliri müqayisə etmək vacibdir.

Qeyd edək ki, 2024-cü il yanvarın 1-dən manatla 18 ay və daha uzun müddətə yerləşdirilən depozitlərin faiz gəlirləri üç il müddətinə vergidən azad edilmişdi. Bu güzəştin əsas məqsədi uzunmüddətli manat əmanətlərini təşviq etmək idi. Lakin müddətin uzadılması nəzərdə tutulmadığından 2027-ci ildən əmanətçilər yeni vergi qaydaları ilə üzləşəcəklər.

Ətraflı "ATV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости