https://news.day.az/azerinews/1875548.html Tbilisidə yaşayış binasında partlayış olub - Yaralılar var Gürcüstanın paytaxtı Tbilisinin şəhərkənarıda yerləşən Poniçala rayonunda çoxmərtəbəli binaların birində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər yaralanıb Day.Az xəbər verir ki, TASS bu barədə Gürcüstan DİN Fövqəladə Halların İdarəolunması Xidmətinə istinadən məlumat yayıb.

Tbilisidə yaşayış binasında partlayış olub - Yaralılar var

Azərbaycanca, 19 ноября 2026 13:55 (UTC +04:00) 269
Tbilisidə yaşayış binasında partlayış olub

Gürcüstanın paytaxtı Tbilisinin şəhərkənarıda yerləşən Poniçala rayonunda çoxmərtəbəli binaların birində partlayış baş verib. Hadisə nəticəsində 3 nəfər yaralanıb

Day.Az xəbər verir ki, TASS bu barədə Gürcüstan DİN Fövqəladə Halların İdarəolunması Xidmətinə istinadən məlumat yayıb.

Qurumun məlumatına görə, partlayışın ehtimal olunan səbəbi qaz sızmasıdır. Hadisə yerli vaxtla təxminən saat 09:00-da (Bakı vaxtı ilə 09:00) baş verib. Zərərçəkənlərin hamısı xəstəxanaya çatdırılıb. Təhlükəsizlik məqsədilə xilasedicilər binanın sakinlərini müvəqqəti olaraq təxliyə ediblər.

"İmedi" telekanalının məlumatına görə, partlayış əlilliyi olan şəxsin yaşadığı mənzildə baş verib. Zərərçəkənin sözlərinə görə, o, noyabrın 18-də axşam saatlarında qaz plitəsini yandırmağa çalışsa da, buna nail ola bilməyib. Noyabrın 19-da səhər saatlarında yenidən cəhd etdikdən sonra partlayış baş verib.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости