https://news.day.az/azerinews/1875599.html Qanunsuz fəaliyyətə görə bu mebel mağazası bağlandı - FOTO Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Qanunsuz fəaliyyətə görə bu mebel mağazası bağlandı - FOTO

Azərbaycanca, 19 ноября 2026 16:04 (UTC +04:00) 321
Qanunsuz fəaliyyətə görə bu mebel mağazası bağlandı

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Day.Az xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 29B ünvanında fəaliyyət göstərən "İnterturan" mebel mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Belə ki:

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb;

- obyektdə taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri, daxili yanğın kranları, lülə və atıcı şlanqlarla təmin edilməyib;

- köçürmə yolları müxtəlif materiallarla tutulub;

- obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 29B ünvanında yerləşən "İnterturan" mebel mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

  • Qanunsuz fəaliyyətə görə bu mebel mağazası bağlandı
  • Qanunsuz fəaliyyətə görə bu mebel mağazası bağlandı
  • Qanunsuz fəaliyyətə görə bu mebel mağazası bağlandı
  • Qanunsuz fəaliyyətə görə bu mebel mağazası bağlandı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости