https://news.day.az/azerinews/1875770.html Qanunsuz balıq ovlayanlar saxlanılıb - FOTO Xəzər dənizinin Xaçmaz rayonu istiqamətində qanunsuz balıq ovuna qarşı tədbir keçirilib. Day.Az xəbər verir ki, bu barədə DİN-in Su Nəqliyyatında Polis İdarəsi, DSX-nin Sahil Mühafizə Xidməti və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə məlumatında deyilir.

Qanunsuz balıq ovlayanlar saxlanılıb - FOTO

Azərbaycanca, 20 ноября 2026 12:10 (UTC +04:00) 334
Qanunsuz balıq ovlayanlar saxlanılıb

Xəzər dənizinin Xaçmaz rayonu istiqamətində qanunsuz balıq ovuna qarşı tədbir keçirilib.

Day.Az xəbər verir ki, bu barədə DİN-in Su Nəqliyyatında Polis İdarəsi, DSX-nin Sahil Mühafizə Xidməti və Balıqçılıq və Akvakultura Mərkəzinin birgə məlumatında deyilir.

Qeyd edilib ki, əməliyyat-axtarış tədbiri DİN-in Su Nəqliyyatında Polis İdarəsi, DSX-nin Sahil Mühafizə Xidməti və Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşlarının iştirakı ilə baş tutub.

Nabran qəsəbəsi istiqamətində saxlanılan "Yamaha" markalı motorlu qayıqda 1980-ci il təvəllüdlü Pərviz Xankişiyev və 1997-ci il təvəllüdlü Həsən İsayev saxlanılıblar.

Onlardan qanunsuz ovlanmış 29 ədəd nərəcinsli balıq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

  • Qanunsuz balıq ovlayanlar saxlanılıb
  • Qanunsuz balıq ovlayanlar saxlanılıb
  • Qanunsuz balıq ovlayanlar saxlanılıb
  • Qanunsuz balıq ovlayanlar saxlanılıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости