https://news.day.az/azerinews/1875809.html Polşa Ordusu naməlum obyektə görə ayağa qalxdı Polşanın Lublin şəhərində noyabrın 20-də səhər saatlarında hava hücumu ilə bağlı həyəcan təbili çalınıb. Day.Az xəbər verir ki, bu barədə "Radio Lublin" məlumat yayıb. Hakimiyyət orqanları Lublin və Podkarpatsk voyevodalıqlarının sakinlərini təhlükəsiz yerlərdə sığınacaq tapmağa çağırıb.

Polşa Ordusu naməlum obyektə görə ayağa qalxdı

Azərbaycanca, 20 ноября 2026 14:22 (UTC +04:00) 256
Polşa Ordusu naməlum obyektə görə ayağa qalxdı

Polşanın Lublin şəhərində noyabrın 20-də səhər saatlarında hava hücumu ilə bağlı həyəcan təbili çalınıb.

Day.Az xəbər verir ki, bu barədə "Radio Lublin" məlumat yayıb. Hakimiyyət orqanları Lublin və Podkarpatsk voyevodalıqlarının sakinlərini təhlükəsiz yerlərdə sığınacaq tapmağa çağırıb.

Radiostansiyanın məlumatına görə, hazırda Polşa hərbçiləri naməlum obyektlərin ölkənin hava məkanını pozması ilə bağlı məlumatları yoxlayırlar. Bu məlumatların təsdiqlənməsi üçün radiolokasiya sistemlərinin göstəriciləri araşdırılır.

Polşa hərbçiləri hava hücumundan müdafiə vasitələrini döyüş hazırlığı vəziyyətinə gətiriblər. Hərbi aviasiyanın fəaliyyəti ilə əlaqədar Jeşuv hava limanı təyyarələrin qəbulunu və yola salınmasını müvəqqəti dayandırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости