https://news.day.az/azerinews/1875838.html Ölkəmizdə doğumların sayı azalıb, ölənlərin sayı artıb 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 64 043 doğulan körpə qeydə alınıb. Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin əhalinin təbii hərəkətinə dair məlumatında bildirilib. Qeyd olunub ki, 2025-ci ilin müvafiq dövründə ölkədə 72 210 doğum qeydə alınıb.

Ölkəmizdə doğumların sayı azalıb, ölənlərin sayı artıb

Azərbaycanca, 20 ноября 2026 15:35 (UTC +04:00) 268
Ölkəmizdə doğumların sayı azalıb, ölənlərin sayı artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 64 043 doğulan körpə qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin əhalinin təbii hərəkətinə dair məlumatında bildirilib.

Qeyd olunub ki, 2025-ci ilin müvafiq dövründə ölkədə 72 210 doğum qeydə alınıb. Beləliklə, doğulanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 167 nəfər azalıb.

Hesabat dövründə Azərbaycanda 44 919 ölüm halı qeydə alınıb. 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 44 409 olub. Beləliklə, ölüm halları 510 nəfər artıb.

Nəticədə, 2026-cı ilin ilk doqquz ayında ölkədə təbii artım 19 124 nəfər təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 27 801 nəfər olub. Təbii artım 8 677 nəfər azalıb.

Əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 9,4-dən 8,3-ə düşüb, ölüm göstəricisi isə 5,8 səviyyəsində qalıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости