https://news.day.az/azerinews/1875880.html
Şəmkir Mərkəzi Xəstəxanasında tavan çöküb? – TƏBİB-dən açıqlama
Sabiq deputat Etibar Hüseynov Şəmkir Rayon Mərkəzi Xəstəxanasında tavanın çökməsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Şəmkir Mərkəzi Xəstəxanasında tavan çöküb? – TƏBİB-dən açıqlama
Sabiq deputat Etibar Hüseynov Şəmkir Rayon Mərkəzi Xəstəxanasında tavanın çökməsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Day.Az xəbər verir ki, məsələ ilə bağlı TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, xəstəxananın dördmərtəbəli inzibati binasının birinci mərtəbəsində gecə saatlarında su xəttinin partlaması nəticəsində texniki nasazlıq baş verib.
Qurumdan qeyd edilib ki, yaranmış problem operativ şəkildə aradan qaldırılıb və həmin gün ərzində bərpa işləri tam yekunlaşdırılıb.
"Hazırda xəstəxananın fəaliyyəti normal qaydada davam etdirilir" - deyə əlavə edilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре