Ağıllı anaların uşaqlarına öyrətdiyi 7 vacib həyat qaydası
Uşaqların gələcəkdə özünəinamlı, müstəqil və məsuliyyətli şəxsiyyət kimi formalaşmasında valideynlərin rolu böyükdür. Psixoloqların fikrincə, anaların övladlarına erkən yaşlardan aşıladığı düzgün davranış qaydaları onların həyat uğurlarına və emosional inkişafına müsbət təsir göstərir.
Day.Az xəbər verir ki, mütəxəssislər uşaqlara öyrədilməli yeddi vacib həyat qaydasını açıqlayıblar: mehriban olmaqla yanaşı şəxsi sərhədləri qorumaq, başqalarının məsləhətlərinə kor-koranə əməl etməmək, şəxsi həyatın bütün detallarını hər kəslə bölüşməmək, güclü emosiyalar zamanı tələsik qərar verməmək, pulu düzgün idarə etmək, başqalarının rəğbətini qazanmaq üçün prinsiplərdən imtina etməmək və özgələrinin fikirlərindən asılı yaşamamaq.
Psixoloqlar bildirirlər ki, uşaqlar yalnız valideynlərinin sözlərindən deyil, gündəlik davranışlarından da nümunə götürürlər. Buna görə də ailədə sağlam münasibətlərin qurulması, özünəhörmətin aşılanması və müstəqil düşüncənin dəstəklənməsi uşağın gələcəkdə güclü xarakterli şəxsiyyət kimi yetişməsinə kömək edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре