Qan analizinə alternativ: Alimlər sensorlu diş sapı hazırladılar
Honkonq Elm və Texnologiya Universitetinin alimləri qanda bəzi göstəriciləri izləməyə alternativ ola biləcək sensorlu diş sapı hazırlayıblar. Cihaz diş əti kənarındakı mayeni toplayaraq qlükoza və sidik turşusunun səviyyəsini ölçür. İlkin sınaqlarda nəticələrin qan analizləri ilə uyğunluq göstərdiyi bildirilir.
Day.Az xəbər verir ki, xüsusi sensorlarla təchiz edilən diş sapı dişlərin təmizlənməsi zamanı az miqdarda maye toplayır. Sistem bir neçə dəqiqə ərzində qlükoza, sidik turşusu, hidrogen peroksid və turşuluq səviyyəsini ölçərək məlumatları smartfona ötürür.
Cihaz diabet və diş əti problemləri olan şəxslər də daxil olmaqla könüllülər üzərində sınaqdan keçirilib. Lakin nümunələrə tüpürcəyin də qarışması ölçmələrin dəqiqliyi ilə bağlı əlavə araşdırmaları zəruri edir. Alimlər növbəti mərhələdə sensorun sağlamlıq göstəricilərindəki dəyişiklikləri uzunmüddətli izləmək imkanlarını yoxlayacaqlar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре