Antibiotiklər neçə saatdan bir qəbul edilməlidir?
Antibiotiklərin qəbul intervalı preparatın növündən və həkim təyinatından asılıdır. Bəzi antibiotiklər gündə bir dəfə, digərləri isə 8, 12 və ya 24 saatlıq fasilələrlə qəbul edilir.
Day.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, gündə üç dəfə təyin olunan antibiotiklər adətən 8 saatdan, gündə iki dəfə qəbul edilənlər isə 12 saatdan bir istifadə olunur. Dərmanın qəbulunu unutduqda növbəti dəfə ikiqat doza qəbul etmək olmaz. Bu halda preparatın təlimatına uyğun davranmaq lazımdır.
Həkim məsləhəti olmadan antibiotik qəbul etmək, dozanı dəyişmək və müalicəni yarımçıq dayandırmaq sağlamlıq üçün təhlükəli ola bilər. Antibiotiklər yalnız bakterial infeksiyalara qarşı təsirlidir, qrip və soyuqdəymə kimi virus xəstəliklərinin müalicəsində fayda vermir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре