Şagirdlər yeni il bayramında neçə gün evdə olacaqlar?

Day.Az представляет новость на азербайджанском языке

Artıq 2016-ci ilə bir neçə gün qalıb. Azərbaycan Təhsil Nazirliyi Yeni il bayramı ərəfəsində və günlərində orta məktəb şagirdləri və müəllimlərinin neçə gün istirahət edə biləcəklərinə aydınlıq gətirdi. Şagirdlər dekabr ayının 31-dən yanvar ayının 4-nə kimi evdə olacaqlar. Bunu İnterAz-a Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi.

Cəsarət Valehov qeyd etdi ki, bütün şagirdlər üçün növbəti tətil 5 günlük, 27-31 yanvar tarixlərini əhatə edən qış tətili olacaq. Fevralın 1-dən isə şagirdlər yenidən dərsdə iştirak etməlidirlər.

Bildiyimiz kimi qış aylarında şagirdlərin dərsə davamiyyəti azalır. Bəs bu il necə şagirdlər dərslərindən çoxmu qalır?

Ötən tədris illərində bütün şagirdlər üçün martın 17-dən 24-dək olan, 8 günlük "yaz tətili"nə gəldikdə isə C.Valehov qeyd etdi ki, bu tədris ilində şagirdlər üçün "yaz tətili" olmayacaq. Belə ki, novruz bayramı günlərində ölkədə müəyyənləşdirilən qeyri-iş günlərinin sayı xeyli olduğundan məktəblilər üçün ayrıca olaraq, yaz tətili olmayacaq. Biz də qarşıdan gələn yeni il münasibətilə hamını təbrik edirik, necə belə illərə çıxmaq diləyi ilə.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.