Hadisə niyə tənqid olundu?

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan konserti ləğv olunan Hadisə Yeni il axşamı Hatayda səhnəyə çıxacaq.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı bu çıxışdan 600 min lirə (təxminən 300 min manat) qazanacaq. Bələdiyyə başçısı həmin gün Hatayda Sertab Erenerin də konsert verəcəyini açıqlayıb. Bu isə Hatayın Yeni il axşamı 1 milyon lirədən çox xərc çəkməyi deməkdir.

Tvitterdə insanlar bundan qəzəblənərək bu pulun daha xeyirli işlərə sərf olunmasının vacibliyini bildirib.

"Bu qədər israf olmaz, heyfdir".
"Kaş ki, daha xeyirli işlərə xərcləsələrdi".
"Həmin pulla nə qədər tələbə oxutmaq olardı".

Qeyd edək ki, Hadisənin Azərbaycan konserti təxirə salınmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.