Azərbaycanlı iş adamı Türkiyədə soyuldu

Day.Az представляет новость на азербайджанском языке

----------
12:14

Türkiyənin "Galatasaray" klubunun Konqres üzvü olan azərbaycanlı iş adamı Bəxtiyar Muradovun çantasını oğurlayan şəxs yaxalanıb.

Goal.az xəbər verir ki, bu barədə 34 yaşlı biznesmen şəxsi Facebook səhifəsində yazıb.

Oğru ilə bu gün məhkəmədə üz-üzə gələcəyini bildirən B.Muradov ona dəstək olan bütün media nümayəndələrinə və təhlükəsizlik xidməti əməkdaşlarına minnətdarlığını bildirib.

Hadisə Antalyanın Muratpaşa qəsəbəsindəki iş adamının öz restoranında baş verib. B.Muradov yemək almağa gedərkən stolun üzərinə qoyduğu çantası oğurlanıb. Çantada "Galatasaray Store" mağazasının iki günlük gəliri məbləğində - 10 min lirə pul, 20 min lirə dəyərində zərgərlik məmulatları, önəmli məlumatların toplandığı disk olub. Qarət anbaan kameralara düşüb.

---------
10:51

Türkiyədə azərbaycanlı iş adamına qarşı soyğunçuluq hadisəsi baş verib.

Anspress xəbər verir ki, azərbaycanlı biznesmen Bəxtiyar Muradova aid, içində "Qalatasaray" klubunun rəsmi satış mağazasının iki günlük qazancı, bir miqdar qızıl və xüsusi əşyalarının olduğu çanta rəhbəri olduğu restoranda oğurlanıb.

Bəxtiyar Muradovun əl çantası işlətdiyi kafedə, masalardan birinin üstündən oğurlanıb. Çantanın içərisində 5273 manat pul, 10546 manat dəyərində qızıl zinət əşyaları olub. 

"İş yerində axtardıq, personaldan soruşdum. Hamı görmədiyini deyir. Çantanı gətirməmiş ola biləcəyimi düşündüm. Sonra kamera qeydlərinə baxdıq. Çantanın oğurlandığını o zaman anladım", - deyə biznesmen bildirir. 

Bəxtiyar Muradov, çantada olan yaddaş kartında vəfat edən ailə üzvlərinin əhəmiyyətli fotoşəkilləri ilə "Qalatasaray" mağazasına məxsus məlumatların olduğunu qeyd edib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.