Sezen Aksu "O səs Türkiyə"ni tənqid atəşinə tutdu
Day.Az представляет новость на азербайджанском языке
Dünən verdiyi konsertlə səhnədən gedəcəyini açıqlayan Sezen Aksu Türkiyədə yaşanan hadisələrə reaksiya bildirib.
Day.Az axşam.az-a istinadən xəbər verir ki, o, "bir daha İstanbulda səhnəyə çıxmayacağam. Belçika və Hollandiya konsertlərindən sonra 40 illik səhnə həyatımı tərk edirəm" deyib. İzləyicilər arasında bir adamın "qəlbin sınmasın, Sezen" deyə səslənməsinin ardından ifaçı sərt danışıb:
"Mən qırılana qədər məmləkətim qırıldı. Ortadan ikiyə ayrıldıq. Dünyanın ən pis şeyi oldu, çarəsiz qaldıq. Bu günlərə ürəyimizi deşən illərdən gəldik. Çox tənqid olunduğum üçün fikirləşib danışıram. Bir çox mübahisələrə səbəb oldum. Həmişə doğru bildiklərimi danışdım, amma bəzən insanın dilini saxlaması lazımdır. Mən əsas deyiləm, amma mənə görə heç kimin başına iş gəlməsin deyə, susacağam".
Beş il əvvəl "O səs Türkiyə"yə qatılan, lakin heç bir münsifi özünə döndərə bilməyən Rümeysa Tekellioğlu da S.Aksunun vokalçısı olaraq səhnəyə çıxıb. Aksu ona dönməyən münsifləri tənqid edib, Hülya Avşar haqda danışıb:
"Evdə oturub baxırdım. Gördüm, Rümeysaya heç kim dönmədi. Sonra Hülyaya zəng vurub "qızım, siz ağılsızsınız? Niyə dönmədiniz?" dedim. O da "hə, ağılsızıq" dedi. Rümeysa da artıq gələn ay albomunu təqdim edəcək".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре