Məhkəmə azərbaycanlı iş adamı ilə bağlı qərarını dəyişdi

Day.Az представляет новость на азербайджанском языке

Onuncu Arbitraj Apellyasiya Məhkəməsi "Moskva Bank"ın şikayəti əsasında apardığı işin yekunu olaraq biznesmen Telman İsmayılovun iflas olunması qərarını ləğv edib.

Day.Az report-a istinadən bildirir ki, bu barədə BBC məlumat yayıb.

Xatırladaq ki, məhkəmə T.İsmayılovu 2015-ci ilin dekabr ayında vətəndaş Boris Zubkovun geri qaytarılmayan 15 milyon rubl vəsaiti ilə bağlı məhkəməyə şikayət ərizəsiylə müraciətindən sonra müflis elan etmişdi.

Bundan sonra məhkəmənin qərarından "Moskva Bank" apellyasiya vermişdi. Belə ki, bank İsmayılova məxsus "KBF AST"dən 213 milyon dollar dəyərindəki borcunu geri tələb edir. O da vurğulanmalıdır ki, ötən ilin payızında İsmayılovun özü məhkəməyə müraciət edərək iflas olunmasının təsdiqlənməsini istəmişdi. Bu ərizə üzrə işə martın 21-də baxılacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.