Bakıda 20 yaşlı tələbə qız bədbəxt hadisənin qurbanı oldu

Day.Az представляет новость на азербайджанском языке

Bakıda qadın dəm qazından zəhərlənərək ölüb.

Day.Az DİN-in saytına istinadən bildirir ki, aprelin 6-da Yasamal rayonunda yaşayan Pinar Məmmədova evində dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

ХХХ

Bakıda gənc qız bədbəxt hadisənin qurbanı olub. Lent.az-ın məlumatına görə, aprelin 6-da Yasamal rayonunda yaşayan Kürdəmir rayon sakini, 20 yaşlı Pinar Məmmədova evdə dəm qazından zəhərlənərək ölüb. O, universitetlərdən birində təhsil alırmış.  Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.