Ən yaxşı idmançının cəsədi 16 il sonra tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Alpinistin meyitini onun paltar və rüqzaqından tanımaq mümkün olub.

İdmançının cəsədi ölümündən 16 il sonra tapıldı. ANS PRESS-in məlumatına görə, dünyanın ən yaxşı alpnisti hesab edilən Aleks Lou və onunla birlikdə səyahət edən operatoru Devid Bricesin cəsədi ölümlərindən illər sonra Himalay dağlarında tapılıb.

Onların qalıqlarını alpinistlər Himalay dağlarının Şişabanqma zirvəsində ərimiş buzlaqlar arasında aşkar ediblər. Onların şəxsiyyətini sağ qalmış səyahətçi yoldaşları Konrad Anker müəyyənləşdirib. O, paltar və idmançıların çantalarına baxdıqdan sonra qalıqların Lou və Bricesə aid olduğunu təsdiqləyib.

40 yaşında Himalay dağlarında baş verən uçqun zamanı həyatını itirən Lou dünyanın ən yaxşı alpinisti hesab edilib.

Alpinistin dul xanımı ərinin cəsədini tapan alpinistlərə öz təşəkkürünü bildirib. 2001-ci ildə Konrad Ankerlə ailə həyatı quran dul qadın onunla birgə Lounun adına fond yaradaraq ucqar bölgələrdə yaşayan insanlara yardım etməklə məşğul olublar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.