İsrail qırıcısı Suriya aeroportunu bombaladı

Day.Az представляет новость на азербайджанском языке

İsrailin Hərbi Hava Qüvvələrinin aviasiyasının Dəməşq yaxınlığında yerləşən aeroportu bombalaması nəticəsində Hizbullahın komandirlərindən biri Mustafa Bədruddin dünyasını dəyişib. 

Day.Az bu barədə faktxəbər-ə istinadən məlumat verir. 
 
Hizbullah təşkilatının mətbuat xidmətindən bildiriblər ki, o, 1982-ci ildən başlayaraq bir çox strateji əməliyyatlarda iştirak edib. 
 
Qeyd edək ki, Mustafa Bədruddin şəhid Muğniyənin qaynı və Hizbullah təşkilatının rəhbəri Seyyid Həsən Nəsrullahın müşavirlərindən biri olub. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.