AVRO-2016: İlk yarımfinalçı bəlli oldu, Almaniya Belçikaya qarşı

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakıda keçirilən 17 yaşlı futbolçulardan ibarət komandaların Avropa çempionatında 1/4 finalın ilk iki qarşılaşması keçirilib.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, hər iki görüş "Dalğa Arena"da baş tutub.

İlk olaraq meydana Portuqaliya və Avstriya milliləri çıxlblar.

Saat 20:00-da başlayan digər oyunda isə B qrupunun qalibi Almaniya A qrupunda ikinci olmuş Belçika ilə münasibətlərinə aydınlıq gətirəcək.

17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi

1/4 final

14 may

20:00. Almaniya - Belçika

Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)

Baş hakimin köməkçiləri:   Balaj Buzas (Macarıstan), Lazaros Dimitriadis (Yunanıstan)

Dördüncü hakim: Petr Ardeleanu (Çexiya)

Hakim-isnpektor: Nikolay Levnikov (Rusiya)

"Dalğa Arena" stadionu

Portuqaliya - Avstriya 5:0

Qollar: Xose Qomes, 7 (pen.), 18, 47; Mesake Dju, 51; Migel Luis, 77

Baş hakim: Fran Yoviç (Xorvatiya)

Baş hakimin köməkçiləri: Marios Dimitriadis (Kipr), Georgi Todorov (Bolqarıstan)

Dördüncü hakim: Peter Kraloviç (Slovakiya)

UEFA nümayəndəsi: Lüdoviko Mikallef (Malta)

Hakim-isnpektor: Vladimir Antonov (Moldova)

"Dalğa Arena" stadionu

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.