Türk əsgəri PKK terrorçularından ABŞ silahı tapdı

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Mardin vilayətinin Nüsaybin rayonunun ərazisini PKK terrorçularından təmizləyən türk əsgərləri təşkilata aid bir çox silah və sursatı ələ keçirib.
 
Day.Az musavat.com-a istinadən bildirir ki, ələ keçirilən silahlar arasında ABŞ istehsalı Antitank (AT-4) minaatanı türk ordu mənsublarını heyrətə salıb. Belə ki, bu silah ABŞ ordusu və NATO müttəfiqlərinin silah arsenalında qeydə alınıb.

Ümumiyyətlə, son dövrlərdə türk əsgərləri ilə savaşda öldürülən PKK terrorçularının əlindəki silahlar öz müasirliyi və texniki üstünlüyü ilə diqqəti cəlb edir. Belə ki əvvəllər yalnız rus silahlarından istifadə edən terroçular indi digər Qərb dövlətlərinin istehsalı olan avtomat, minaatan, xüsusi rabitə vasitələridən geniş istifadə edirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.